Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyaya kütləvi hücumlar oldu

DÜNYA

840

11.03.2025, 10:23

Ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub.

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, 2025-ci ildə ən böyük hücum olub.

"Ötən gecə ərzində HHM vasitələri ilə 337 Ukrayna pilotsuz uçuş aparatı - Moskva vilayəti ərazisi üzərində 91, Kursk vilayəti ərazisi üzərində 126, Bryansk vilayəti ərazisi üzərində 38, Belqorod vilayəti ərazisi üzərində 25, Ryazan vilayəti ərazisi üzərində 22, Kaluqa vilayəti ərazisi üzərində 10, Lipetsk vilayəti ərazisi üzərində 8, Oryol vilayəti ərazisi üzərində 8, Voronej vilayəti ərazisi üzərində 6, Nijni Novqorod vilayəti ərazisi üzərində isə 3 PUA vurulub", - nazirlikdən bildirilib.

Yeniləndi*

Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra 20 nəfər xəsarət alıb.

Bu barədə “Baza” “Telegram” kanalı yazıb.

Regionun qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Moskva vilayətindəki üç bələdiyyədə maksimum sayda yaralı və ən böyük ziyan qeydə alınıb.

Leninski şəhər dairəsində dronun qalıqlarının düşməsi nəticəsində altı nəfər, o cümlədən bir uşaq xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur.